Sinan Oğan qərarını sabah açıqlayacaq

21:49 - 21 May 2023

Sinan Oğan qərarını sabah açıqlayacaq

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan mayın 22-də ictimaiyyətə açıqlama verəcək.

 

Manset.az xəbər verir ki, bu barədə ittifaqda təmsil olunan Zəfər partiyasının sədri Ümit Özdağ məlumat verib.

Onun sözlərinə görə, Oğan sabah prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq. Özdağ partiyasının xüsusi açıqlamasının olmayacağını bildirib.

Qeyd edək ki, bundan əvvəl Sinan Oğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, Ümit Özdağ isə CHP lideri Kemal Kılıçdaroğlu ilə görüşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az