Everestdə bədbəxt hadisə: 1 alpinist öldü, 2-si itkin düşdü

09:19 - 22 May 2023

Everestdə bədbəxt hadisə: 1 alpinist öldü, 2-si itkin düşdü

Avstraliyalı alpinist Ceyson Bernard Kennison Everest dağından enərkən ölüb. Onunla yanaşı adı açıqlanmayan daha iki alpinist itkin düşüb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, məlumatı ekspedisiyanın təşkilatçısı “Asian Trekking” şirkəti təsdiqləyib.

Bildirilib ki, hadisə “ölüm zonası” adlanan hissədə baş verib. Bu, səkkiz min metrdən yuxarı bir yerdə qayalı çıxıntıdır.

Qeyd edək ki, 40 yaşlı avstraliyalının ölümü bu yaz Everestdə onuncu olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az