Yaponiyada baş nazir Kişida Fumioya ötən ay hücumda şübhəli bilinən Kimura Ryuji üç ay müddətində psixiatrik müayinədən keçəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazir Kişidanın keçən ay seçki kampaniyası üçün getdiyi Vakayamada onun yerində tüstü bombasının atılması ilə bağlı istintaq davam edir.
Vakayamada yerli məhkəmə hücumdan sonra tutulan şübhəli Kimura Ryujinin 3 ay müddətində psixiatrik müayinədən keçiriləcəyini açıqlayıb. Qərar prokurorların vəsatəti əsasında qəbul edilib. Müayinə zamanı şübhəlinin hücumla bağlı psixi tarazlığı hərtərəfli araşdırılacaq.
Manşet.az