Zelenski mənə söz verdi ki... - Bayden açıqladı

12:30 - 22 May 2023

Zelenski mənə söz verdi ki... - Bayden açıqladı

ABŞ prezidenti Co Bayden bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ona Ukraynaya təhvil veriləcək F-16-ların Rusiya ərazisinə hücum üçün istifadə olunmayacağına “mütləq zəmanət” verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden bunu Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Sammitindən sonra mətbuat konfransında deyub. O, sülh üçün səylərin göstərilməli olduğunu və G7-nin “nüvə silahı təhlükəsindən azad” dünyaya sadiqliyini bir daha təkrarladığını bildirib.

G7-nin Ukraynanın yanında olmağa davam edəcəyini vurğulayan Bayden, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edən ədalətli sülhə çağırış edərək, Rusiyanın müharibəyə başladığını və onu bu gün bitirə biləcəyini deyib. Bayden deyib ki, o, G7 üzvlərini və onların müttəfiqlərini Ukraynaya dəstək verməkdə “tərəddüd etməyəcəklərini” təmin edib.

Ukraynaya təhvil veriləcək F-16 döyüş təyyarələrinə toxunan Bayden bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski ona F-16-ların Rusiya ərazisinə hücum etmək üçün istifadə olunmayacağına “mütləq zəmanət” verib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az