Almaniya kansleri Olaf Şolts Yaponiyada keçirilən G7 Sammiti zamanı jurnalistlərə Ukraynaya yardımla bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şolts bildirib ki, Almaniyanın Ukraynaya mümkün F-16 döyüş təyyarələrinin çatdırılmasında iştirakı gündəmdə deyil.
"Əvvəla, hamı bilir ki, bizdə belə bir təyyarə belə yoxdur", - Şolts vurğulayıb.
O, Almaniyanın ABŞ-dan sonra Ukraynanın ikinci ən böyük dəstəkçisi olduğunu təkrarlayıb.
"Ukraynaya lazım olduğu qədər maddi, humanitar və hərbi yardım edəcəyik. Kiyev administrasiyası yayın əvvəlində hücum planlaşdırdığı zaman o, bilavasitə iştirak edirdi”.
Manşet.az