Cənubi Amerika ölkəsi olan Qayanada məktəb yataqxanasında yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə nəticəsində ən azı 20 uşaq öldüyü bildirilir. Qayana Prezidenti İrfaan Əli "Bu, böyük bir fəlakətdir. Dəhşətli, ağrılıdır" – deyib.
Hökumət pis hava şəraiti səbəbindən fövqəladə hallar xidmətinin yanğını nəzarət altına almaqda çətinlik çəkdiyini bəyan edib.
Manşet.az