Şahzadə Harri Daxili İşlər Nazirliyinə məhkəmədə UDUZDU

15:25 - 23 May 2023

Şahzadə Harri Daxili İşlər Nazirliyinə məhkəmədə UDUZDU

Şahzadə Harri İngiltərədə olduğu müddətdə polis mühafizəsi üçün şəxsi ödəməyə icazə verməyən Daxili İşlər Nazirliyinə qarşı məhkəmə mübarizəsini uduzub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim verdiyi açıqlamada, Şahzadənin vəkillərinin nazirliyin onun qərarının məhkəmə yolu ilə yoxlanılması tələbini qəbul etmədiyini bildirib.

Qərar Şahzadə Harri və həyat yoldaşı Meqan Marklın keçən həftə mərasimə qatılacaqları ABŞ-ın Nyu-York şəhərində paparassilərlə "fəlakətə yaxın avtomobil təqibindən" sonra verilib.

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ildə Krallıqda vəzifələrindən istefa verərək ABŞ-da məskunlaşdıqdan sonra Böyük Britaniyada kral ailəsinin üzvlərinə verilən polis müdafiəsindən məhrum ediliblər.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2020-ci ilin fevralında qərar vermişdi ki, Şahzadə Harri İngiltərədə olarkən, hətta öz hesabına belə şəxsi polis müdafiəsi almayacaq.

Daxili İşlər Nazirliyinin hüquqşünasları imkanlı şəxslərin polisdən “təhlükəsizlik almasına” icazə verilməsinə qarşı çıxıblar.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az