Bu addım cəbhədəki vəziyyəti dəyişə bilməz – Peskov açıqladı

16:02 - 23 May 2023

Bu addım cəbhədəki vəziyyəti dəyişə bilməz – Peskov açıqladı

Kremlin sözçüsü Dmitriy Peskov F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyəcəyini bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ehtimalını dəyərləndirən Peskov, "Bu risk göz qabağındadır. Təqdim olunan daha təkmil silah sistemləri və növlərinin sayı artır. Aydındır ki, təyyarələrin də verilməsinə qərar verilib. Digər silah növlərində olduğu kimi, bu, cəbhədəki vəziyyəti kökündən dəyişə bilməz” – deyib.

O, Qərb ölkələrinin getdikcə münaqişələrə cəlb olunduğunu qeyd edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az