Putin uzunmüddətli müharibəyə hazırdır – Kəşfiyyat

16:12 - 23 May 2023

Putin uzunmüddətli müharibəyə hazırdır – Kəşfiyyat

Rusiya cəmiyyətindəki mübahisələr Vladimir Putin rejimi üçün təhlükə törətmir.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal deyib.

“Putinin sistemində heç bir çat görmürük. Ukraynaya qarşı müharibənin tənqidi adi fikir ayrılıqlarıdır, rejim üçün təhlükəli deyil. Rusiya hələ uzun müddət müharibə aparmağa qadirdir. Onun hələ xeyli silah və texnikası var”, - Kal bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az