Ukrayna müharibəsi bitməmiş ikinci cəbhə... - Putinin gizli planı üzə çıxdı

16:25 - 23 May 2023

Ukrayna müharibəsi bitməmiş ikinci cəbhə... - Putinin gizli planı üzə çıxdı

Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları geniş əks-səda doğurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Laqumdzija iddia edib ki, Rusiya prezidenti Vladimir Putin Qərbin diqqətini Ukrayna müharibəsindən yayındırmaq üçün Balkanlara fokuslanıb.

Putinin bu plan çərçivəsində Şərqi Avropada ikinci qarşıdurmanı qızışdırmaq üçün Balkanlara müdaxilə etdiyini bildirən Laqumdzija Vaşinqtona “bu məsələni nəzərə alması” ilə bağlı xəbərdarlıq edib.

BMT nümayəndəsi “Washington Times” qəzetinə verdiyi açıqlamada aşağıdakı ifadələrə yer verib:

“Son beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri Moskvanın təsəvvür edə biləcəyindən də artıq olub. Ruslar separatçı təbliğat və əlaqələri gücləndirir və bunu da inkar edirlər”.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az