Taylandda məktəbdə yağışdan qaçanların üzərinə dam çöküb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yağışdan qaçan şagirdlərin sığındığı binanın damının uçması nəticəsində 4-ü uşaq olmaqla 6 nəfər həyatını itirib.
Ölkənin “Phichit” bölgəsinin fəlakətlərin qarşısının alınması və ictimaiyyətlə əlaqələr bölməsinin sosial media hesabından edilən açıqlamada, fırtınanın təsiri ilə mərkəzin metal damının uçması nəticəsində 4 şagird, bir valideyn və təmizlik işçisinin həyatını itirdiyi, 18 nəfərin yaralandığı bildirilib.
Manşet.az