Böyük Britaniya Daxili İşlər Nazirliyi tələbə vizası sahiblərinin ailələri üçün viza müraciətində edilən dəyişikliklərlə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyada immiqrasiyanın azaldılması siyasətinin bir hissəsi olaraq, 2024-cü ilin yanvar ayından etibarən beynəlxalq tələbələrin müəyyən şərtlər istisna olmaqla, himayəsində olduqları şəxsləri ölkəyə gətirə bilməyəcəkləri açıqlanıb.
Bəyanata görə, beynəlxalq tələbələr tədqiqat proqramı olaraq təyin olunan aspiranturada iştirak etmədikcə, himayəsində olan şəxsləri özləri ilə Böyük Britaniyaya gətirə bilməyəcəklər.
Dəyişiklik 2024-cü ilin yanvar ayından qüvvəyə minəcək ki, beynəlxalq tələbələrə qabaqcadan planlar qura bilsinlər.
Manşet.az