Fransada dəmiryol işçiləri çalışdıqları şirkət tərəfindən alınan yardımın qeyri-qanuni olduğu, gəlirlərinin azalacağı səbəbiylə geri qaytarılmasına qərar verən Avropa İttifaqı Komissiyasına etiraz ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sosial mediada əks olunan görüntülərdə əllərində həmkarlar ittifaqı bayraqları ilə toplaşan dəmiryolçular Aİ Komissiyasının Parisdəki ofisinə basqın ediblər.
İşçilər, şirkətlərinin faydalandığı təxminən 5,3 milyard avroluq yardımın Aİ qanunlarına zidd olduğu səbəbilə geri qaytarılmasına qərar verən Komissiyaya, bunun işini çətinləşdirəcəyi və gəlirlərini azaldacağı səbəbi ilə etiraz ediblər.
Polisin müdaxilə etdiyi izdiham daha sonra turistik “Champs Elysees” küçəsinə doğru irəliləyib.
Marşrutda polisin qurduğu barrikadanı yarıb keçən nümayişçilər Yelisey meydanı yaxınlığındakı simpoziuma basqın edərək nəqliyyat naziri Kleman Beaunun da iştirak etdiyi simpoziuma hücum ediblər.
Etirazçılar içəridə məşəl yandırıb və şüarlar səsləndiriblər.
Digər tərəfdən, Fransa mətbuatı nazir “Beaune”nin bu gün dəmiryol işçiləri peşəsi nümayəndələri ilə görüşəcəyini açıqlayıb.
Manşet.az