Blinken bu generallara sanksiyalar tətbiq olunacağı ilə bağlı xəbərdarlıq etdi

17:35 - 23 May 2023

Blinken bu generallara sanksiyalar tətbiq olunacağı ilə bağlı xəbərdarlıq etdi

ABŞ dövlət katibi Antoni Blinken sudanlı generalların yekun atəşkəsə əməl etmədikləri təqdirdə sanksiyalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ səfirliyinin sosial media hesabında yayımladığı videoda Blinken atəşkəs qərarına baxmayaraq, Sudanın paytaxtı Xartum və şimaldakı bir şəhərdə qarşıdurmaların davam etdiyinə dair xəbərlərin olduğunu ifadə edərək, sözügedən toqquşmaları “faciəli, mənasız və dağıdıcı” olaraq xarakterizə edib.

Sudanlı generallara atəşkəsə əməl etmədikləri təqdirdə tətbiq oluna biləcək sanksiyalarla bağlı xəbərdarlıq edən Blinken, ABŞ-ın dəstəklədiyi, döyüşən tərəflərin hər birindən, ABŞ və Səudiyyə Ərəbistanından 3 nümayəndə olmaqla 12 nəfərlik komitənin yaradıldığını və komitənin öz üzərinə düşən vəzifəni uzaqdan yerinə yetirəcəyini qeyd edib.

O, nəzarət komitəsi sayəsində atəşkəsin pozulduğu təqdirdə onlara məlumat veriləcəyini vurğulayıb.

“Atəşkəs prosesini asanlaşdırdıq, lakin bunu həyata keçirmək Sudan Silahlı Qüvvələri və Sürətli Dəstək Qüvvələrinin (HDK) üzərinə düşür".

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az