Çin G20 iclasını boykot etdi

17:42 - 23 May 2023

Çin G20 iclasını boykot etdi

Çin Hindistanın ev sahibliyi etdiyi mübahisəli Cammu və Kəşmir bölgəsində keçiriləcək G20 toplantısına qatılmamaq qərarına gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, G20-yə sədrlik edən Hindistan mayın 22-24-də mübahisəli Cammu və Kəşmir bölgəsi Srinagarda turizm sahəsində işçi qrupunun iclasının keçiriləcəyini açıqlayıb. Çin Xarici İşlər Nazirliyi Hindistanın qərarına reaksiya verib.

Nazirlikdən verilən açıqlamada Çinin hər hansı mübahisəli bölgədə G20 toplantısının keçirilməsinə qarşı olduğu, bu səbəbdən sözügedən toplantıya qatılmayacağı bildirilib.

Hindistan səlahiyyətliləri, G20 toplantısı üçün Cammu və Kəşmirin seçilməsinin bölgənin turizm potensialını göstərmək məqsədi daşıdığını bəyan edib.

Pakistan da açıqlamasında Hindistanın qərarını “məsuliyyətsiz addım” kimi qiymətləndirib.

3 gün davam edəcək tədbirdə iştirak etmək üçün ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, İngiltərə, Yaponiya, Cənubi Koreya və Avropa İttifaqının qeydiyyatdan keçdiyi bildirilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az