Rusiya Müdafiə Nazirliyi ölkəsinin Belqorod vilayətinə daxil olan Ukrayna diversiya qrupunun məğlub edildiyini açıqlayıb.
Manset.az Trt Haber-ə stinadən xəbər verir ki, nazirliyin sözçüsü Konaşenkov paytaxt Moskvada Ukrayna təxribat qrupunun Rusiyanın Belqorod vilayətinə daxil olması ilə bağlı açıqlama verib.
Donetsk bölgəsindəki Bahmut (Artyomovsk) şəhərinin rus ordusu tərəfindən ələ keçirildiyinə diqqət çəkən Konaşenkov, "Kiyev rejimi Artyomovsk şəhərində məğlub olduqdan sonra dinc əhaliyə qarşı terror aktları həyata keçirməyə başladı" deyib.
Ukraynanın “millətçi birləşmə” qoşunlarının Rusiya Federasiyası ərazisinə daxil olduğuna diqqət çəkən Konaşenkov, onlara qarşı əməliyyat keçirildiyini bildirib.
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupunun ötən gün Rusiya sərhədlərinə daxil olduğunu və onlara qarşı əməliyyat keçirildiyini bildirib.
Jalə
Manşet.az