Fransa Senatı 15 yaşına çatmamış vətəndaşların sosial media platformalarından valideynlərinin razılığı ilə qeydiyyatdan keçməsini və istifadəsini tələb edən qanun layihəsini qəbul edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Senat sosial mediada nifrətlə mübarizəni nəzərdə tutan qanun layihəsini müzakirə edib. Sessiyada qəbul edilən qanun layihəsi ilə 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə alması məcburi olub.
Qərara əsasən, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər. Qaydalara uyğun gəlməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər.
Qanun layihəsi ilə sosial media platformaları sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc edəcək. Valideynlər platformalardan 15 yaşına qədər olan uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər.
Manşet.az