Pentaqonun partlayış görüntüsü ilə birjanı partlatdılar

12:40 - 24 May 2023

Pentaqonun partlayış görüntüsü ilə birjanı partlatdılar

Pentaqonun yaxınlığındakı saxta partlayış şəkli ABŞ fond bazarında çaxnaşma yaradıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yaxınlığında baş verən partlayışı əks etdirən süni intellektlə hazırlanmış saxta foto birjada panikaya səbəb olub.

“Dow Jones”da qısa müddət ərzində təxminən 80 bənd azalma müşahidə edilərkən, günə 0,02 faiz artımla başlayan "S&P" 500 də 0,15 faiz azalıb. Son məlumatda indeksin yenidən müsbətə doğru dəyişdiyi bildirilir.

Pentaqonun binasının yerləşdiyi Arlinqtonda polis və yanğınsöndürmə səlahiyyətliləri ərazidə heç bir partlayış və ya yanğın olmadığını açıqlayıb. Ekspertlər sözügedən görüntünün böyük ehtimalla süni intellektlə yaradıldığını qiymətləndiriblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az