Netflix, Böyük Britaniya və ABŞ da daxil olmaqla, böyük bazarlarda parol paylaşma ilə bağlı uzun müddətdir vəd etdiyi mübarizəyə başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hesab paylaşma təzyiqini ABŞ-a daşımağa hazırlaşan Netflix şirkəti, parol paylaşan ABŞ müştəriləri üçün yaratdığı yeni ödəniş cədvəlini açıqlayıb.
Buna görə Netflix, istifadəçilərin ayda əlavə 8 dollara hesab məlumatlarını paylaşa biləcəklərini bəyan edib.
Böyük Britaniyada bu ödəniş 5 funt sterlinq olaraq müəyyən edilib.
Bu seçimlərin yalnız standart və premium plandan istifadə edən müştərilərə verildiyi bildirilib.
Manşet.az