Almaniya bu ölkənin Mərkəzi Bankının rəhbərinin həbsinə order verdi - FOTO

16:20 - 24 May 2023

Almaniya bu ölkənin Mərkəzi Bankının rəhbərinin həbsinə order verdi - FOTO

Almaniya məhkəmə sistemi dələduzluq, çirkli pulların yuyulması və rüşvətxorluq ittihamı ilə Livan Mərkəzi Bankının rəhbəri Riad Salamehin həbsinə order verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Reuters-in məhkəmə mənbələrinə əsaslanaraq verdiyi xəbərdə həbs qərarının Livan səlahiyyətlilərinə şifahi şəkildə çatdırıldığı bildirilib. Livanda və ən azı 5 Avropa ölkəsində 72 yaşlı Salameh haqqında araşdırmalara başlanılıb.

30 ildir Livan Mərkəzi Bankının sədri vəzifəsində çalışan Salamehin ölkəsində korrupsiya ittihamı ilə iki ayrı məhkəmə işi var. Bu hallara rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulması kimi ittihamlar daxildir. Almaniya, Fransa və Lüksemburq səlahiyyətliləri Salamehin Avropada 330 milyon dollar pul yuyulduğunu iddia ediblər.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az