Latviyanın xarici işlər naziri Edqars Rinkeviç və Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda təhlükəsizlik vəziyyəti və Ukraynaya dəstək məsələlərini müzakirə etdiklərini açıqlayıblar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rinkeviç və Tsahkna vurğulayıblar ki, Rusiya Ukraynada törətdiyi cinayətlərə görə beynəlxalq ədalət qarşısında cavab verməlidir.
Tsahkna, Baltikyanı ölkələr kimi onların Rusiyaya qarşı “isterik” kimi qələmə verildiyinə diqqət çəkib: “Amma təəssüf ki, biz haqlı idik və indi düşünürəm ki, mesajımız daha güclüdür və daha ciddidir”.
Regional əməkdaşlığın əhəmiyyətinə toxunan Rinkeviç deyib:
"Biz davamlılığımızı gücləndirmək üçün, xüsusilə Skandinaviya və Baltikyanı ölkələr səviyyəsində regional əməkdaşlığı hər zamankından daha çox inkişaf etdirməliyik. Hazırda Baltikyanı ölkələr NATO-nun qarşıdan gələn sammiti ərəfəsində strateji koordinasiyanı saxlamalıdırlar. Latviya və Estoniya arasında ikitərəfli müdafiə əməkdaşlığı və NATO çərçivəsində əməkdaşlıq səmərəli olub və milli təhlükəsizlik maraqlarımızı dəstəkləyib”.
Manşet.az