Hindistan hakimiyyəti Özbəkistan və Qambiyada uşaqların ölümünə səbəb olan hind öskürək siropunun ixracına yeni qaydalar tətbiq edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Hindistan Ticarət və Sənaye Nazirliyinin Xarici Ticarət Baş İdarəsi sözügedən öskürək siropunun ixracı ilə bağlı kommunike dərc edib.
Buna uyğun olaraq, 1 iyun tarixindən etibarən siropdan götürüləcək nümunələr laboratoriyalarda araşdırıldıqdan sonra ixrac üçün müraciət edilə bilər.
Kommunikedə nümunələrin araşdırıla biləcəyi mərkəzi və əyalət hökumətlərinə bağlı laboratoriyaların siyahısı paylaşılıb.
Bu ixrac qaydası 2022-ci ildə şərbət Özbəkistanda 18, Qambiyada isə 66 uşağın ölümünə səbəb olduqdan sonra ehtiyat tədbiri hesab edilib.
Manşet.az