Cənubi Koreyada 194 sərnişini olan Asiana Airlines təyyarəsinin Daequ beynəlxalq hava limanına enməzdən əvvəl qapısı açılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qapısı açıq vəziyyətdə uçuş-enmə zolağına düşən təyyarədə nəfəs almaqda çətinlik çəkən 9 sərnişin xəstəxanaya çatdırılıb.
Asiana Hava Yolları rəsmilərinin açıqlamasında, çıxışa yaxın oturan sərnişinlərdən birinin qapının dəstəyinə toxunması səbəbindən təyyarənin qapısının açılmış ola biləcəyi ehtimal edilir.
Manşet.az