Yaponiyanın paytaxtı Tokionun şərqində, Çiba sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu Yaponiya Meteorologiya Agentliyi (JMA) bildirib.
Yerli vaxtla saat 19:03-də 50 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb.
Zəlzələ bütün Çibada, eləcə də paytaxt Tokioda və ətrafdakı Kanaqava, İbaraki və Saitama əyalətlərində hiss olunub.
Manşet.az