ABŞ-ın San-Fransisko şəhərində Çin konsulluğunun binasına daxil olan sürücü təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil ilə Çin Konsulluğuna çırpılaraq binanın foyesinə daxil olan sürücü xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə gələn polis bunun çox mürəkkəb bir araşdırma olduğunu deyib.
Çin Baş Konsulluğu "Səfirliyimiz bu hücumu şiddətlə qınayır", - deyə açıqlama verib.
Əfsanə
Manşet.az