Adananın Yüreğir mahalında təkər ustası işləyən 5 uşaq atası şərti adı A.K olan şəxs onu yaralayan şəxsə qarşı şikayətini polisdən geri çəkmədiyi üçün 8 yaşlı oğlu güllələnib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, oğlu güllələnən adam cinayətkarların hələ də tutulmadığını və onu təhdid etməyə davam etdiklərini bildirib.
Beləki, şərti adı A.K olan şəxs 2 il əvvəl problem yaşadığı Y.Y. tərəfindən ayağından tapança ilə vurularaq yaralanıb. Damarları parçalanan kişiyə süni damarlar taxılıb. Bundan sonra A.K polisə şikayət edib.
İddialara görə, A.K.-dan şikayətini geri götürməsi istənilib. Ona və həyat yoldaşı H.K.-ya təzyiq edən Y.Y-nin ailəsi onları ölümlə hədələyib. A.K şikayətini geri götürmədikdən sonra Y.Y.-nin ailə üzvləri onun evinə gedərək hədə-qorxu gəliblər.
Oktyabrın 7-də baş verən hadisədə motosikletlə ailənin evinə silahlı basqın nəticəsində A.K.-nın 8 yaşlı oğlu qasıq nahiyəsindən yaralanıb. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan uşağın müalicəsi davam edir.
Əfsanə
Manşet.az