İsrail Livandan yeni raket hücumuna məruz qaldı

20:16 - 10 Oktyabr 2023

İsrail Livandan yeni raket hücumuna məruz qaldı

Livanın cənubundakı El Kleyla bölgəsindən İsrailə azı 6 raket atılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

"Əl-Kleyla düzündən Qalileyə doğru 6 raket buraxılıb", - nəşr bildirib.

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, İsrail qırıcıları artilleriya atəşinə cavab verir.

Bundan əvvəl HƏMAS-a daxil olan Əl-Qəssam briqadasının bölməsi İsrailin Aşkelon şəhərinin yenidən atəşə tutulması barədə məlumat yaymışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az