Livanın cənubundakı El Kleyla bölgəsindən İsrailə azı 6 raket atılıb.
Manset.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
"Əl-Kleyla düzündən Qalileyə doğru 6 raket buraxılıb", - nəşr bildirib.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti qeyd edib ki, İsrail qırıcıları artilleriya atəşinə cavab verir.
Bundan əvvəl HƏMAS-a daxil olan Əl-Qəssam briqadasının bölməsi İsrailin Aşkelon şəhərinin yenidən atəşə tutulması barədə məlumat yaymışdı.