Qəzza zolağında yeganə elektrik stansiyası yanacaq ehtiyatlarının tükənməsi səbəbindən 10-12 saat ərzində fəaliyyətini dayandıra bilər.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, onun 300 min litr yanacağı qalıb ki, bu da cəmi 10-12 saata kifayət edir.
Fələstinin səhiyyə naziri May Kaile, öz növbəsində, "Qəzza zolağındakı tibb müəssisələrində yanacaq ehtiyatlarının cümə axşamı (12 oktyabr) tükənəcəyi" xəbərdarlığını edib ki, bu da elektrik kəsilməsindən sonra fəlakətli vəziyyəti daha da pisləşdirəcək.
Qeyd edək ki, Qəzza zolağına enerjisi və yanacağın verilməsi oktyabrın 8-də dayandırılıb. Bazar ertəsi İsrail Qəzza zolağının tam blokadaya alındığını elan edib və su təchizatı dayandırılıb.