Bir müddətdir Safranbolu bələdiyyə başçısı olmaq üçün çalışan türkiyəli məşhur müğənni Hakan Peker İYİ Partiyasına qatılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İYİ Partiyasının sədri Meral Akşener TBMM-dəki qrup toplantısında Hakan Pekerin nişanını taxıb.
Beləki, İYİ Partiyasının qurultayının əvvəlində səhnəyə dəvət edilən Hakan Peker “dəyərli qonağımız” kimi təqdim olunub. Bu zaman Meral Akşener isə araya girərək “Yox, artıq qonaq deyil” deyərək reaksiya verib. Akşenerin reaksiyasından sonra Peker səhnəyə bu sözlərlə dəvət edilib:
“Məşhur pop musiqisi sənətçisi, söz yazarı, musiqi prodüseri və keçmiş Pop-Sal başçısı, milli şüuru yüksək, vətənpərvər Karabük Safranbolu bələdiyyə başqan namizədi cənab Hakan Pekeri sədrimiz cənab Meral Akşener tərəfindən nişanı təqdim edilməsi üçün kürsüyə dəvət edirəm”.
Partiyə qatılan sənətçi Hakan Pekerə döş nişanını taxan Akşener "O, sənətçidir, çörək pulunu o istiqamətdə qazanan dostumuzdur. Məmləkətində daha yaxşı işlər görmək riskini gözə alaraq bələdiyyə başçısı namizədi olur və itirəcəyi heç nəyə əhəmiyyət vermir. Allah razı olsun”.
Əfsanə Rəcəb
Manşet.az