İsrailin Qəzzaya hücumları peykdən görüntüləndi

13:17 - 11 Oktyabr 2023

İsrailin Qəzzaya hücumları peykdən görüntüləndi

İsrail və HƏMAS qarşıdurmalarının davam etdiyi bir vaxtda ABŞ-ın peyk şirkəti Maxar İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində yaranan dağıntıların peyk görüntülərini paylaşıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, görüntülərdə şənbə günündən bəri davamlı olaraq bombalanan Qəzza şəhərinin yanaraq külə döndüyü görünür.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hücumdan sonra İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. İsrailin Qəzzanı bombalaması və dağıdacağı baş nazir Binyamin Netanyahu tərəfindən qabaqcadan söylənilib və Netanyahu “nəsillər boyu əks-səda verəcək” bir cavab veriləcəyini açıqlayıb.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az