İsrail və Fələstin arasında qarşıdurmalar hər keçən gün daha da şiddətli hal alarkən Almaniyadan qalmaqallı təklif gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius parlamentdə verdiyi açıqlamada İsrailə hərbi və texniki dəstək təklif etdiklərini bildirib.
Pistorius bu təklifləri İsrailə çatdırdıqlarını, lakin hələlik heç bir hərbi və texniki dəstəyə ehtiyac duymadıqlarını söyləyib:
"Həftə sonundan bəri dostum və həmkarım Yoav Qalant ilə mesajlaşırıq. İsrailin Berlindəki səfirliyinin hərbi attaşesinə etdiyimiz kimi, Almaniya hökuməti adından ona dəstək təklif etdim. İndiyədək hər ikisinin heç bir hərbi və texniki dəstəyə ehtiyacı olmadığını söylədi”.
Əfsanə
Manşet.az