"Sülhməramlıların mövcudluğu ilə bağlı bütün məsələlər Azərbaycanla müzakirə olunacaq" - Peskov

13:57 - 11 Oktyabr 2023

\"Sülhməramlıların mövcudluğu ilə bağlı bütün məsələlər Azərbaycanla müzakirə olunacaq\" - Peskov

“Qarabağda Rusiya sülhməramlıları ilə bağlı danışıqlar aparılmır, çünki bura Azərbaycan ərazisidir”.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədirlər, bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır”, - o deyib.

Kremlin sözçüsü bildirib ki, ona görə də Rusiya sülhməramlı kontingentinin mövcudluğu ilə bağlı bütün məsələlər yalnız Azərbaycan tərəfi ilə müzakirə olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az