"İranın HƏMAS-ı dəstəkləməsi qəbuledilməzdir" - Fransa prezidenti

17:12 - 11 Oktyabr 2023

\"İranın HƏMAS-ı dəstəkləməsi qəbuledilməzdir\" - Fransa prezidenti

Fransa prezidenti Emmanuel Makron İranın HƏMAS-ın İsrailə hücumunu dəstəkləməsini qəbuledilməz adlandırıb.

 

Manset.az xarici mediaya istinadən bildirib ki, Fransa hökuməti İranın hücumda birbaşa iştirak edib-etmədiyini müəyyən etməyə çalışır. 

Makron bunları Almaniya kansleri Olaf Şultsla keçirdiyi məbuat konfransında deyib: 
“İranın birbaşa iştirakı ilə bağlı heç bir fikrim yoxdur, çünki buna dair rəsmi dəlillərimiz mövcud deyil, lakin İranın hökumət rəsmilərinin açıq bəyanatları qəbuledilməzdir və İranın HƏMAS-a kömək təklif etməsi ehtimalı da var”.

Əfsanə

Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az