İsrail Livanda məscidi və bəzi evləri vurdu

20:16 - 11 Oktyabr 2023

İsrail Livanda məscidi və bəzi evləri vurdu

İsrail ordusu Livanın cənubundakı Sur şəhərinin Dahayra qəsəbəsində məscid və bəzi evləri artilleriya atəşi ilə hədəfə alıb.

 

Manset.az xəbər verir ki, İsrail sərhədindən bir neçə yüz metr aralıda yerləşən qəsəbədə "Əhli Quran məscidi"nin və ən azı 5 evin zərər gördüyü müşahidə edilib. Bildirilib ki, hücuma görə qəsəbə sakinlərinin çoxu evlərini tərk etmək məcburiyyətində qalıb.

İsrailin hücumunda evi vurulan Əli Suveyd, "Evdə səhər yeməyi yeyirdik. Bağda idik. Silah səslərini eşidəndə içəri girdik, sonra evimiz hədəfə alındı" deyib.

Suveyd artilleriya atəşinə əlavə olaraq, İsrail əsgərlərinin eyni vaxtda pulemyotlardan atəş açdığını bildirib.

Ailə üzvlərindən birinin yaralandığını deyən Suveydə, yaralı ilə təcili yardıma minərək evdən uzaqlaşa bildiyini bildirib.

Hücumun baş verdiyi qəsəbədə və ətrafında İsrail PUA-larının davamlı səsi diqqətdən yayınmayıb.

İsrail ordusu bu gün Livan ərazisindən İsrailə tank əleyhinə raketlə hücumun ardınca Livan sərhədindəki ərazilərin hədəf alındığını açıqlayıb.

Hizbullah hücumun İsrailin 2 gün əvvəl 3 Hizbullah üzvünün ölümünə səbəb olan hücumuna "sərt cavab" olaraq həyata keçirildiyini açıqlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az