“İsrail müharibə qaydalarına uyğun hərəkət etməlidir” - Bayden

09:42 - 12 Oktyabr 2023

“İsrail müharibə qaydalarına uyğun hərəkət etməlidir” - Bayden

Günlərdir Qəzzanı bombalayan İsrail müttəfiqi ABŞ-dan xəbərdarlıq alıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benjamin Netanyahuya "İsrailin müharibə qaydalarına uyğun hərəkət etməsinin həqiqətən də vacib olduğunu" söyləyib.

Bayden bu barədə ABŞ-da yaşayan yəhudi icmasının liderləri ilə Ağ Evdə keçirilən görüşdən əvvəl açıqlamalar verib. Bayden İsrailin baş naziri Benyamin Netanyahuya "İsrailin müharibə qaydalarına uyğun hərəkət etməsinin həqiqətən də vacibdir" dediyini bildirib. "Müharibə qaydaları var", deyən Bayden İsrailin ölkəni bir araya gətirmək üçün əlindən gələni etdiyinə inandığını vurğulayıb.

ABŞ prezidenti Həmasın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının həftə sonu həyata keçirdiyi hücumu "Mən iddia edirəm ki, bu, Holokostdan sonra yəhudilər üçün ən ölümcül gündür", - deyə şərh edib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az