ABŞ İsrailin ehtiyac duyacağı təqdirdə ikinci təyyarədaşıyan gəmisini İsrailə göndərə biləcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi məlumat verib.
Kirbi vurğulayıb ki, USS Dwight D. Eisenhower lazım gələrsə istifadə edilə bilər.
Kirbi ABŞ-ın İsrail bombardmanlarından xilas olmaq istəyən qəzzalılar üçün təhlükəsiz keçid təmin etməyə çalışdığını, lakin bu mövzuda hələlik irəliləyiş olmadığını bildirib:
"Biz bunu israilli və misirli həmkarlarımızla aktiv şəkildə müzakirə edirik. Biz mülki şəxslərin təhlükəsiz keçidini dəstəkləyirik. Mülki şəxslər Həmas-ın etdiklərinə görə məsuliyyət daşımırlar. Onlar heç bir səhv etmədilər".
Əfsanə
Manşet.az