İsrailin səhiyyə naziri Moşe Arbel İsrailə hücum zamanı əsir düşən yaralı fələstinlilərin müalicə olunmayacağını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrailin səhiyyə naziri Moşe Arbel baş nazir Benyamin Netanyahuya yazdığı məktubda hücumlarda yaralanan fələstinlilərin dövlət xəstəxanalarında müalicəsinin dayandırılmasını əmr etdiyini açıqlayıb.
Arbel məktubunda “Səhiyyə sistemi bu çətin dövrlərdə İsrail əsgərlərinin müalicəsinə və gələcəklərə hazır olmağa diqqət etməlidir” deyib.
Arbel İsrail Müdafiə Qüvvələrinin (IDF) və ya İsrail Həbsxana Xidmətlərinin məsələ ilə məşğul olması lazım olduğunu, Səhiyyə Nazirliyi olaraq bu qurumlara lazımi köməklik göstərəcəklərini ifadə edib. O, Netanyahudan bu vəziyyətin yerinə yetirilməsi üçün təcili göstərişlər istəyib.
Əfsanə
Manşet.az