Microsoft-un 29 milyard dollarlıq əlavə vergi ödəməsi

10:24 - 12 Oktyabr 2023

Microsoft-un 29 milyard dollarlıq əlavə vergi ödəməsi

ABŞ Daxili Gəlir Xidməti Microsoft-a təxminən 29 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş göndərib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Microsoft IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyini bildirib.

Açıqlamada Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb. Həmçinin, 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az