Xabarovsk yaxınlığında Rusiya-Çin sərhədini qoruyan iti pələng öldürüb.
Manset.az Rusiya mediasına istinadən xəbər verir ki, xidməti it Xabarovsk diyarının Kazakeviçevo kəndindəki zastavada olub. Yırtıcını hiss etdiyi üçün hürüb və kabinəni tərk edib.
Pələng hücum edərək, itin boynundan tutub və onu meşəyə aparıb.
Hadisə o qədər tez baş verib ki, sərhədçilər köməyə gələ bilməyiblər.
Qeyd edək ki, “Qırmızı Kitab”a daxil olan Amur pələnginin yaşayış yeri Rusiyanın cənub-şərqində, Amur vilayətində, Xabarovsk və Primorsk ərazilərində, Yəhudi Muxtar Vilayətində Amur və Ussuri çaylarının sahillərində qorunan zonadır.