Ağ Ev ABŞ prezidenti Co Baydenin və digər ABŞ rəsmilərinin Həmas-ın israilli uşaqların başını kəsdiyini görmədiyini və ya müstəqil şəkildə təsdiqləmədiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsünün sözlərinə görə ABŞ prezidenti Co Baydenin şərhləri Netanyahunun mətbuat katibinin iddialarına və İsraildən gələn media xəbərlərinə əsaslanır.
ABŞ prezidenti çıxışında “Amerikalıların baş verənləri görməsi vacibdir. Mən uzun müddətdir ki, bu işlə məşğulam. “Terrorçuların uşaqların başını kəsən fotolarını görəcəyimi və ya təsdiq edəcəyimi heç düşünməmişdim”, - demişdi.
Əl-Cəzirə bu hadisəni “geri addım” kimi qiymətləndirib. ABŞ-da yerləşən Daily Beast "Ağ Ev Baydenin şərhlərini geri götürməli oldu" şərhini verib.
Ağ Evdən BBC-yə verilən məlumatda isə prezidentin ifadələrini geri götürərək Baydenin belə görüntülər görmədiyini bildiriblər.


Əfsanə
Manşet.az