65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq - ÜST

13:23 - 12 Oktyabr 2023

65 və daha yuxarı yaş qrupu gənclərdən çox olacaq - ÜST

2024-cü ilə qədər Avropa ölkələrində 65 və yuxarı yaşda olan insanların sayı 15 yaşa qədər olan gənc əhalidən çox olacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilib.

ÜST-nin xəbərdarlığı təkcə Avropaya aid deyil. Çünki bu nisbətin 2064-cü ildə qlobal miqyasda olacağı gözlənilir. “Bu tendensiyanın yeni sosial, iqtisadi və sağlamlıq problemləri ilə sinonim olduğunu” vurğulayan ÜST yaşlı insanların fiziki və psixi sağlamlıqlarını, müstəqilliyini, sosial rifahını və həyat keyfiyyətini qorumaq və yaxşılaşdırmaq üçün tədbirlər görməyə çağırıb. 

Sənəddə deyilir ki, qocalmış əhalinin yaratdığı kəskin işçi çatışmazlığı səbəbindən qanuni immiqrasiya və üçüncü ölkə vətəndaşlarının səmərəli inteqrasiyası həyati əhəmiyyət kəsb edir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az