"İkiüzlülüyün qüsursuz şəklini necə çəkmək olar" - Avropadan ikili standart

13:45 - 12 Oktyabr 2023

\"İkiüzlülüyün qüsursuz şəklini necə çəkmək olar\" - Avropadan ikili standart

Avropa Komissiyasının sədri Ursula von der Leyen İsrailin Qəzzada mülki insanları hədəf almasına baxmayaraq qalmaqallı paylaşım edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Leyen özünün və Avropa Komissiyası üzvlərinin İsraili bir dəqiqəlik sükutla yad edərkən çəkdirdiyi fotonu paylaşaraq “Avropa İsrailin yanındadır” deyib.

Bundan sonra Baykar Texnologiya İdarə Heyətinin sədri Səlcuq Bayraktar sosial media hesabından Leyenin ikili standartlarına reaksiya verib. Bayraktar Leyenin Rusiyanı tənqid etdiyi çıxışından sitat gətirərək, "İkiüzlülüyün qüsursuz şəklini necə çəkmək olar", - deyə paylaşım edib.

Qeyd edək ki, Ursula Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanı kəskin şəkildə qınamışdı.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az