Qurani-Kərimi yandıran gənc ittiham olundu

17:04 - 12 Oktyabr 2023

Qurani-Kərimi yandıran gənc ittiham olundu

2020-ci ildə İsveçin Linköpinq şəhərində Qurani-Kərimi yandıran 27 yaşlı ifrat sağçı gənc nifrət cinayətində təqsirli bilinib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Linköpinq Məhkəməsindən açıqlama verilib. Bildirilib ki, gənc Qurani-Kərimi yandırıb videosunu çəkdikdən sonra üzərinə islamofob musiqilər əlavə edib. Sosial mediada paylaşdığı videoda nifrət cinayəti törətdiyi müəyyən edilib və sözügedən şəxs 800 kron pul cəzasına məhkum edilib.

11 sentyabr 2020-ci il tarixində Linköpinq şəhərində 27 yaşlı ifrat sağçı şəxs Qurani-Kərimin üzərinə donuz əti qoyub, yandırıb və Linköpinq məscidinin qarşısına qoyub. Bu hücumu lentə alan ifrat sağçı ekstremist filmə Srebrenitsa soyqırımını və müsəlmanların kütləvi qətlini tərənnüm edən mahnılar əlavə edib. Filmi sosial şəbəkədə yayımlayan ekstremist barəsində cinayət işi açılıb.

Əfsanə

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az