İsrailin Qəzza zolağına endirdiyi hava hücumunda eyni ailədən 7-si uşaq olmaqla 9 fələstinli həyatını itirib.
Manset.az xəbər verir ki, səhiyyə mənbələrindən və hadisə şahidlərindən alınan məlumata görə, Qəzzanın cənubundakı Xan Yunus şəhərində fələstinli “əl-Başiti” ailəsinin yaşadığı ev İsrail qüvvələrinin hava hücumu nəticəsində vurulub.
Hava hücumunda “El-Beşiti” ailəsinin yaşadığı ev tamamilə dağıldığı halda, ətrafdakı tikililərə də ziyan dəyib.
İsrail qüvvələrinin sözügedən hücumu heç bir xəbərdarlıq və ya məlumat olmadan həyata keçirdiyi vurğulanıb.
Jalə
Manşet.az