On gün əvvəl saxlanılan Engin və Dilan Polat cütlüyünün vəkili cinayət işi üzrə məhkəməyə müraciət edərək cütlüyün həbsinə etiraz edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, etirazı dəyərləndirən məhkəmə hələ ki, qərar qəbul etməyib.
Qeyd edək ki, Dilan və Engin Polatın da olduğu 12 şübhəli noyabrın 5-də həbs edilib. Polat cütlük 9 gündür Mərmərə Həbsxanasında saxlanılıb.
Polat cütlüyünün vəkili Sevinç Horoz noyabrın 10-da Sülh Cəza Məhkəməsinə müraciət edərək cütlüyün həbsinə etiraz edib. Həbs etirazı ilə bağlı məhkəmə hələlik bir qiymətləndirmə aparmayıb.