Tovuzda minik avtomobili ilə traktor toqquşub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili traktorla toqquşub. Qəza nəticəsində avtomobilin sürücüsü E. Heydərov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.