Mingəçevir su anbarında balıqçı boğulub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə su anbarının Samux rayonu ərazisinə düşən hissəsində, Alazan çayının yaxınlığında qeydə alınıb.
Məlumata əsasən, Yevlax rayonu, Xanabad kənd sakini, 65 yaşlı Kərimov Xaləddin Sabir oğlu avqustun 26-da balıq tutmaq üçün qayıqla suya girib. Lakin ehtiyatsızlıqdan yıxılaraq, suya düşərək boğulub.
Dalğıclar tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti 2 gün sonra, avqustun 28-də həmi ərazidə tapılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.