logo
logo logo
logo

“Chevrolet” beton maneəyə çırpıldı - Xəsarət alan var / FOTOLAR

14:30 - 30 Avqust 2026

“Chevrolet” beton maneəyə çırpıldı - Xəsarət alan var / FOTOLAR

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan onun həmyerlisi, sərnişin 1974-cü il təvəllüdlü Hüseyn Əhmədov xəsarət alıb.

Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az