logo
logo logo
logo

Beyləqanda AĞIR QƏZA - Ölən var 

11:55 - 11 Oktyabr 2026

Beyləqanda AĞIR QƏZA - Ölən var 

Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.


Manset.az Trend-ə istinadən verir ki, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Bolsulu qəsəbə sakini Məhəmməd Səfərəliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən elektrik xətti qırılaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən düşmək istəyərkən ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub və sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az